Menyu

Türkiyədə kiber cinayətlərlə bağlı 75 nəfər həbs edilib

Nicat Hüseynli
Türkiyədə kiber cinayətlərlə bağlı 75 nəfər həbs edilib
1 dəq oxu

Türkiyədə 35 vilayətdə keçirilən kiber cinayət əməliyyatları zamanı 275 şübhəli saxlanılıb, onlardan 75-i həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar Daxili İşlər Nazirliyi və digər müvafiq qurumların koordinasiyası ilə həyata keçirilib. Daha 46 nəfər barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Şübhəlilərin onlayn dələduzluq, qanunsuz mərc və qumar oyunları, bank hesablarına icazəsiz giriş və uşaq pornoqrafiyası ilə bağlı cinayətlərdə iştirak etdikləri bildirilir.

Əlaqəli Xəbərlər