Menyu

Litva və Koreya hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı barədə razılığa gəliblər

Operativ Media
Litva və Koreya hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı barədə razılığa gəliblər
1 dəq oxu

Litva və Cənubi Koreyanın müdafiə şirkəti hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər WAAG 40 mm təkərli zenit qurğularının istehsalı barədə razılığa gəliblər. Qurğuların nəqliyyat inteqrasiyasına Litva şirkəti KMT, qüllə korpuslarını və kabellərini metal emalı şirkətləri Cosmos Construction və T&G Lithuania, hava hücumundan müdafiə sistemlərinin NATO şəbəkəsinə inteqrasiyasına isə Nortal cavabdeh olacaq.

Qeyd edək ki, WAAG, pilotsuz uçuş aparatları da daxil olmaqla, alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanmışdır.

Əlaqəli Xəbərlər