Menyu

Niderland Azərbaycana mina təmizləmə sahəsində dəstək verə bilər

Operativ Media
Niderland Azərbaycana mina təmizləmə sahəsində dəstək verə bilər
1 dəq oxu

Niderland Azərbaycana mina təmizləmə sahəsində dəstək imkanlarını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesinin əhəmiyyətini, eləcə də Azərbaycanın bu prosesdə nümayiş etdirdiyi sadiqliyi və liderliyi yüksək qiymətləndirir.

Nazirin sözlərinə görə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması bütün tərəflər üçün mühüm əhəmiyyət daşıyır.

T. Berendsen mina təmizləmə fəaliyyətlərinə toxunaraq bildirib ki, Niderland dünyanın müxtəlif bölgələrində bu sahədə dəstək göstərir və ölkənin müvafiq komandaları Azərbaycana yardım imkanlarını nəzərdən keçirirlər.

Əlaqəli Xəbərlər