Menyu

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

Operativ Media
Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
1 dəq oxu

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, mətndə deyilir:

"Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur. Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə, MEHRİBAN"

Əlaqəli Xəbərlər