Menyu

Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərə müraciət edib

Operativ Media
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak  edən namizədlərə müraciət edib
1 dəq oxu

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı 12 iyul 2026-cı il tarixində keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə 11 noyabr 2026-cı il tarixindən söhbət keçirilməsinə başlanılacaq.

Bu barədə Operativ Media-ya nazirlikdən məlumat verilib.

Söhbət Nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqədə uğur qazanmış namizədlər Nazirliyin Ədliyyə Akademiyasında azı üç aylıq icbari təlimə cəlb edilirlər.

İcbari təlimin sonunda qiymətləndirmədə müvəffəqiyyət əldə edən namizədlərə şəhadətnamə veriləcək və onlar vakant ştat vahidləri üzrə vəzifələrə təyin ediləcəklər.

Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq olar.

Əlaqəli Xəbərlər