Menyu

Rusiyanın Sverdlovsk vilayətində 39 yük vaqonu relsdən çıxıb

Nicat Hüseynli
Rusiyanın Sverdlovsk vilayətində 39 yük vaqonu relsdən çıxıb
1 dəq oxu

Rusiyanın Sverdlovsk vilayətində 39 yük vaqonu relsdən çıxıb, yeddi sistern yanıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, qəza Yekaterinburq yaxınlığında baş verib. Yanğın 1 500 kvadratmetr ərazidə lokallaşdırılıb, hadisə yerinə 106 yanğınsöndürən və 20 texnika cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib. Qəzanın səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər