Menyu

Ceyhun Bayramov: Ermənistan cəmiyyəti sülhün gətirəcəyi üstünlükləri anlamalıdır

Operativ Media
Ceyhun Bayramov: Ermənistan cəmiyyəti sülhün gətirəcəyi üstünlükləri anlamalıdır
1 dəq oxu

Ermənistanın konstitusiya məsələsi və digər proseslər Azərbaycan tərəfindən diqqətlə müşahidə olunur.

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan ictimaiyyətləri, eləcə də beynəlxalq ictimaiyyət sülh prosesinin nəticələrini və ölkənin son illərdə atdığı birtərəfli addımları görmək imkanına malikdir.

Nazirin sözlərinə görə, Azərbaycanın xoş niyyətlə həyata keçirdiyi addımlar açıq sənədlərdə əksini tapıb və onların sülh prosesinə gətirdiyi real nəticələr və üstünlüklər hər kəs üçün aydındır.

C.Bayramov bildirib ki, Ermənistanın konstitusiya məsələsi və digər proseslər Azərbaycan tərəfindən diqqətlə müşahidə olunur. O vurğulayıb ki, Ermənistan cəmiyyəti də sülhün, ilk növbədə, onun özü üçün yaradacağı imkanları və üstünlükləri anlamalıdır.

Əlaqəli Xəbərlər