“Qızıl top” uğrunda 30 futbolçu mübarizə aparacaq
Oktyabrın 26-da Londonda 2025/2026 mövsümünün ən yaxşı futbolçularına verilən “Qızıl top” mükafatının 70-ci təqdimetmə mərasimi keçiriləcək.
Operativ Media xəbər verir ki, tədbir “Palladium” teatrında təşkil olunacaq. Bakı vaxtı ilə mərasim saat 00:00-da başlayacaq.
Mükafat uğrunda 30 futbolçu mübarizə aparacaq. Namizədlər arasında Harri Keyn, Lamin Yamal, Kilian Mbappe, Lionel Messi və mükafatın hazırkı sahibi Usman Dembele də var.
Mərasimdə ümumilikdə 13 mükafat təqdim ediləcək. Bunlara kişi və qadın futbolçular arasında “Qızıl top”, ən yaxşı gənc futbolçular üçün “Kopa” kubokları, ilin ən yaxşı qapıçıları üçün mükafatlar, hücumçulara verilən Gerd Müller kubokları, ən yaxşı məşqçilər üçün Yohann Kroyff mükafatları, ilin ən yaxşı kişi və qadın klubları, həmçinin sosial və xeyriyyə təşəbbüslərinə görə “Sokrates” mükafatı daxildir.
Kişilər arasında “Qızıl top”un namizədləri
Cud Bellinqem (İngiltərə, “Real Madrid”)
Vitinya (Portuqaliya, PSJ)
Qabriel (Braziliya, “Arsenal”)
Usman Dembele (Fransa, PSJ)
Luis Dias (Kolumbiya, “Bavariya”)
Vinisius Junior (Braziliya, “Real Madrid”)
Harri Keyn (İngiltərə, “Bavariya”)
Xviça Kvaratsxeliya (Gürcüstan, PSJ)
Xulian Kinyones (Meksika, “Əl-Qadisiyyə”)
Pau Kubarsi (İspaniya, “Barselona”)
Mark Kukurelya (İspaniya, “Çelsi”/“Real Madrid”)
Sadio Mane (Seneqal, “Əl-Nəsr”)
Markinyos (Braziliya, PSJ)
Lautaro Martinez (Argentina, “İnter”)
Kilian Mbappe (Fransa, “Real Madrid”)
Nunu Mendeş (Portuqaliya, PSJ)
Lionel Messi (Argentina, “İnter Mayami”)
Joao Neveş (Portuqaliya, PSJ)
Maykl Olise (Fransa, “Bavariya”)
Vilyan Paço (Ekvador, PSJ)
Deklan Rays (İngiltərə, “Arsenal”)
Rodri (İspaniya, “Mançester Siti”/“Barselona”)
Fabian Ruis (İspaniya, PSJ)
Vilyam Saliba (Fransa, “Arsenal”)
Ferran Torres (İspaniya, “Barselona”/PSJ)
Dayo Upamekano (Fransa, “Bavariya”)
Bruno Fernandeş (Portuqaliya, “Mançester Yunayted”)
Aşraf Hakimi (Mərakeş, PSJ)
Erlinq Haaland (Norveç, “Mançester Siti”)
Lamin Yamal (İspaniya, “Barselona”).
Qadınlar arasında “Qızıl top”un namizədləri
Barbra Banda (Zambiya, “Orlando Prayd”), Selma Baş (Fransa, “Lion”), Esme Brüqts (Niderland, “Barselona”), Klara Bühl (Almaniya, “Bavariya”), Tessa Vullart (Belçika, “İnter”/“Komo”), Patrisia Qixarro (İspaniya, “Barselona”), Aleks Qrinvud (İngiltərə, “Mançester Siti”), Karoline Qrem-Hansen (Norveç, “Barselona”), Melşi Dümore (Haiti, “Lion”), Mariona Kaldentey (İspaniya, “Arsenal”), Skarlett Kamberos (Meksika, “Amerika”), Kerstin Kaspariy (Niderland, “Mançester Siti”), Katalina Kol (İspaniya, “Barselona”), Rouz Lavell (ABŞ, “Qotem”), Mapi Leon (İspaniya, “Barselona”/“London Siti Lionesses”), Lorena (Braziliya, “Kanzas Siti”), Melven Malyar (Fransa, “Mançester Yunayted”/“Çelsi”), Manaka Matsukubo (Yaponiya, “Nort Karolina Kuraç”/“Çelsi”), Vivianne Miedema (Niderland, “Mançester Siti”), Eva Payor (Polşa, “Barselona”), Klaudia Pina (İspaniya, “Barselona”), Aleksia Putelyas (İspaniya, “Barselona”/“London Siti Lionesses”), Vendi Renar (Fransa, “Lion”), Alessia Russo (İngiltərə, “Arsenal”), Momoko Tanikava (Yaponiya, “Bavariya”), Kerolayn Uir (Şotlandiya, “Real Madrid”/“Lion”), Pernille Harder (Danimarka, “Bavariya”), Yui Haşeqava (Yaponiya, “Mançester Siti”), Temva Çavinqa (Malavi, “Kanzas Siti”) və Hədicə Şou (Yamayka, “Mançester Siti”).
Kişilər arasında “Kopa” kubokuna namizədlər
Kərim AlaybegoViç (Bosniya və Herseqovina, “Zalsburq”/“Yuventus”), Ayub Buaddi (Mərakeş, “Lill”/“Mançester Siti”), Yan Diomande (Kot-d’İvuar, “Leypsiq”/“Real Madrid”), Uorren Zair-Emeri (Fransa, PSJ), Lennart Karl (Almaniya, “Bavariya”), Eli Junior Krupi (Fransa, “Bornmut”), Pau Kubarsi (İspaniya, “Barselona”), İbrahim Maza (Əlcəzair, “Bayer”), Yohann Manzambi (İsveçrə, “Frayburq”/“Aston Villa”) və Lamin Yamal (İspaniya, “Barselona”).
Qadınlar arasında “Kopa” kubokuna namizədlər
Veerle Byurman (Niderland, “Çelsi”), Lili Yohannes (ABŞ, “Lion”), Viki Lopes (İspaniya, “Barselona”), Klara Serraxordi (İspaniya, “Barselona”) və Felisiya Şreder (İsveç, “Hakken”/“Real Madrid”).
Kişilər arasında ilin ən yaxşı qapıçısı
Yassin Bunu (Mərakeş, “Əl-Hilal”), Vozinya (Kabo-Verde, “Şaviş”/“Kolo-Kolo”), Joan Qarsiya (İspaniya, “Barselona”), Qreqor Kobel (İsveçrə, Dortmund “Borussiya”sı), Tibo Kurtua (Belçika, “Real Madrid”), Emiliano Martinez (Argentina, “Aston Villa”/“Çelsi”), Eduar Mendi (Seneqal, “Əl-Əhli”), David Raya (İspaniya, “Arsenal”), Matvey Safonov (Rusiya, PSJ) və Unay Simon (İspaniya, “Atletik”).
Qadınlar arasında ilin ən yaxşı qapıçısı
Ann-Katrin Berger (Almaniya, “Qotem”), Katalina Kol (İspaniya, “Barselona”), Lorena (Braziliya, “Kanzas Siti”), Hanna Hempton (İngiltərə, “Çelsi”) və Ayaka Yamaşita (Yaponiya, “Mançester Siti”).
Kişilər arasında ilin ən yaxşı məşqçisi
Mikel Arteta (“Arsenal”), Luis de la Fuente (İspaniya millisi), Vensan Kompani (“Bavariya”), Unay Emeri (“Aston Villa”) və Luis Enrike (PSJ).
Qadınlar arasında ilin ən yaxşı məşqçisi
Andre Yeglerç (“Mançester Siti”), Nils Nilsen (Yaponiya millisi), Pere Romeu (“Barselona”), Elena Sadiku (“Seltik”/“Hakken”) və Xonatan Xiraldez (“Lion”).
İlin ən yaxşı kişi klubu
“Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Budyo-Qlimt” (Norveç), PSJ (Fransa) və “Flamenqo” (Braziliya).
İlin ən yaxşı qadın klubu
“Amerika” (Meksika), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Lion” (Fransa) və “Mançester Siti” (İngiltərə).