Menyu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışın mükafatını qazanıb

Operativ Media
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışın mükafatını qazanıb
1 dəq oxu

Azərbaycanın stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.

Operativ Media xəbər verir ki, söhbət "Riga City Council's Youth Cup 2026" turnirindən gedir. Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi, U19 kateqoriyasında daha yaxşı nəticə göstərib. Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar, yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub. Qeyd edək ki, bu istedadlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.

Əlaqəli Xəbərlər