Menyu

"Napoli"nin baş məşqçisi iki oyunluq diskvalifikasiya olunub

Operativ Media
"Napoli"nin baş məşqçisi iki oyunluq diskvalifikasiya olunub
1 dəq oxu

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatında iki oyunluq diskvalifikasiya edilib və 10 min avro cərimələnib.

Operativ Media xəbər verir ki, bu barədə A Seriyasının VIII turunun nəticələrinə əsasən idman hakimi qərar qəbul edib.

Cəza oktyabrın 24-də “Roma” ilə 3:3 hesablı heç-heçə ilə başa çatan matçda baş verən hadisələrlə əlaqədardır. İntizam protokoluna əsasən, Alleqri görüşün 90-cı dəqiqəsində hakimlər briqadasının nümayəndələrinə qarşı təhqiramiz ifadə işlədib.

Baş məşqçi oyundan sonra tuneldə hakimlərə qarşı hörmətsiz davranışını davam etdirib və rəqib komandanın rəhbərlərindən birinə qarşı aqressiv münasibət göstərib.

Qayda pozuntuları dördüncü hakimin, baş hakimin və federal prokurorluq əməkdaşlarının raportlarında əksini tapıb. İntizam orqanı Alleqriyə iki oyunluq diskvalifikasiya və 10 min avro cərimə tətbiq edib.

A Seriyasının VIII turunun nəticələrinə əsasən, “Leççe”nin müdafiəçisi Kyalonda Qaspar da iki oyunluq diskvalifikasiya olunub.

Əlaqəli Xəbərlər