Nazirlər Kabineti məktəblərdə şagird sayına əsaslanan maliyyələşdirmə qaydalarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:
Sıra
№-si Ümumi təhsil müəssisələrinin növləri
Hər bir təhsilalana düşən
illik təhsil xərclərinin
miqdarı (manatla)
1. Tam orta ümumtəhsil məktəbi 2000
2. Lisey 2200
3. Gimnaziya 2200
4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi 2500
5. İnternat tipli lisey 3000
6. İnternat tipli gimnaziya 3000
Qeyd. Bu Sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları"na uyğun olaraq artım əmsalları tətbiq edilir.