Menyu

Balıq bazarında qiymətlər niyə bahalaşıb, alıcılar niyə azalıb? - VİDEO

Nicat Hüseynli
Balıq bazarında qiymətlər niyə bahalaşıb, alıcılar niyə azalıb? - VİDEO
1 dəq oxu

Bakıda balıq bazarında bəzi məhsulların bahalaşması və alıcı fəallığının azalması müşahidə olunur. Satıcılar bunu idxalın azalması və təklifin zəifləməsi ilə əlaqələndirirlər.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, həftə sonları tələbat artsa da, həftənin ilk günlərində satışlar zəifləyir. Xüsusilə İrandan gətirilən forelin qiymətində artım qeydə alınıb.

Hazırda bazarda forel 12-13, sazan 7-9, belamur 8-10, xanı 6-7, Mingəçevir sudağı isə 10-11 manata satılır. Naxçıvandan gətirilən sudakın qiyməti 15-16 manat arasında dəyişir.

Satıcılar bildirirlər ki, alıcıların bir qismi qiymətləri baha hesab edir. Forel isə sümüyünün az və dadının yaxşı olması səbəbindən ən çox tələbat göstərilən balıq növlərindən biri olaraq qalır.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər