Menyu

19 istiqamətdə tıxac müşahidə olunur - SİYAHI

Nicat Hüseynli
19 istiqamətdə tıxac müşahidə olunur - SİYAHI
1 dəq oxu

Paytaxt Bakının 19 küçə və prospektində tıxac müşahidə olunur.

Operativ Media xəbər verir ki bu barədə NİİM məlumat yayıb.

Tıxac müşahidə olunan istiqamətlər aşağıdakılardır:

Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

Babək prospekti, mərkəz istiqamətində;

Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

Mirzəağa Əliyev küçəsi, Səməd Vurğun küçəsi ilə kəsişməyədək;

Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.

Əlaqəli Xəbərlər