Menyu

UEFA Gənclər Liqası: “Qarabağ” – “Dinamo” matçı estoniyalı hakimlərə tapşırıldı

Operativ Media
UEFA Gənclər Liqası: “Qarabağ” – “Dinamo” matçı estoniyalı hakimlərə tapşırıldı
1 dəq oxu

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində “Qarabağ”la Xorvatiyanın “Dinamo Zaqreb” komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

Operativ Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi estoniyalı Karl Koppel olacaq.

Ona həmyerliləri Riivo Stolts və Tor Vaas kömək edəcəklər. Azərbaycanlı hakim Əli Əliyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək

Qeyd edək ki, oktyabrın 28-də “Azersun Arena”da keçiriləcəkm görüş saat 12:30-da start götürəcək. Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər