Menyu

Ermənistan və Aİ islahatlar və regional layihələri müzakirə edib

Operativ Media
Ermənistan və Aİ islahatlar və regional layihələri müzakirə edib
1 dəq oxu

İrəvanda Ermənistan və Avropa İttifaqı arasında Birgə İşçi Qrupunun beşinci iclası keçirilib. Görüşdə iqtisadi və energetika sahələrində islahatlar, eləcə də regional əlaqələrin gücləndirilməsi müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

İclasa Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Avropa Komissiyasının nümayəndəsi Qert Yan Koopman həmsədrlik ediblər.

Tərəflər 2026-cı il üçün əsas hədəfləri, o cümlədən vizaların liberallaşdırılması istiqamətində görülən işləri nəzərdən keçiriblər.

Görüşdə nəqliyyat, energetika və rəqəmsal infrastruktur layihələri, həmçinin islahatların icrasına birgə nəzarət mexanizminin yaradılması məsələləri də müzakirə olunub.

Əlaqəli Xəbərlər