Menyu

Quterreş ABŞ və İranı təmkinli olmağa çağırıb

Nicat Hüseynli
Quterreş ABŞ və İranı təmkinli olmağa çağırıb
1 dəq oxu

BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İranı Yaxın Şərqdə hərbi gərginliyin yenidən artmasının qarşısını almağa və diplomatik həll yoluna üstünlük verməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə Antonio Quterreş “X” sosial şəbəkəsində paylaşım edib.

O, tərəflər arasında qarşılıqlı təhdidlərin vəziyyəti nəzarətdən çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Quterreş Hörmüz və Bab əl-Məndəb boğazlarında beynəlxalq hüquqa uyğun olaraq dəniz naviqasiyası azadlığının tam bərpasının vacibliyini vurğulayıb.

“Quterreş ABŞ və İran arasında dialoq üçün şərait yaradılmasında Misirin rolunu da yüksək qiymətləndirib” - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər