Menyu

Hikmət Hacıyev: Cənubi Qafqaz mübarizə meydanından əməkdaşlıq məkanına çevrilib

Operativ Media
Hikmət Hacıyev: Cənubi Qafqaz mübarizə meydanından əməkdaşlıq məkanına çevrilib
1 dəq oxu

Bakıda ABŞ-li professor Cefri Saks və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

H.Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqazı böyük güclərin mübarizə meydanından hər kəs üçün əməkdaşlıq məkanına çevirib.

Paylaşımda, həmçinin Ermənistanla sülh prosesi, Xəzər dənizindəki 800 giqavatlıq külək enerjisi potensialı, COP29 və Xəzər dənizindən Avropaya yaşıl enerji dəhlizinin yaradılması məsələlərinə toxunulub.

Əlaqəli Xəbərlər