Menyu

Almaniyada məktəb avtobusu binaya çırpılıb, xəsarət alanlar var

Şəfa Hüseynli
Almaniyada məktəb avtobusu binaya çırpılıb, xəsarət alanlar var
1 dəq oxu

Almaniyanın Şlezviq-Holşteyn federal rayonunun Bad Oldeslo şəhərində 20 uşağı daşıyan məktəb avtobusu evin divarına çırpılıb, xəsarət alanlar var.

Operativ Media xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Polisin məlumatına görə, bir qadın və bir neçə şagird yaralanıb. Xəsarət alanların hələlik sayı məlum deyil.

İlkin məlumatlara görə, sürücü qəzadan sonra avtobusun içərisində qalıb.

Hadisə yerinə çoxsaylı təcili yardım xidməti işçiləri, o cümlədən yanğınsöndürənlər və polis cəlb edilib. 

Əlaqəli Xəbərlər