Menyu

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

Operativ Media
Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib
1 dəq oxu

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu gün səhər saatlarında Hörmüz boğazında gəmidə partlayışlar və yanğın baş verdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, kiçik qayıq vasitəsilə tankerin gövdəsinə yerləşdirilən iki partlayıcı qurğunun partlaması nəticəsində mühərrik bölməsində yanğın yaranıb və gəmi qısa müddət ərzində manevr qabiliyyətini itirib.

Bildirilib ki, ekipaj üzvlərinin vəziyyəti yaxşıdır, ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat daxil olmayıb. Yanğın söndürülüb və tanker hazırda limanlardan birinə doğru hərəkət edir.

Əlaqəli Xəbərlər