Menyu

Rusiyanın Avropaya LNG tədarükü 10 faiz artıb

Operativ Media
Rusiyanın Avropaya LNG tədarükü 10 faiz artıb
1 dəq oxu

Rusiyanın Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropanın analitik mərkəzi Bruegel-in məlumatları əsasında aparılan hesablamalarda bildirilir.

Məlumata görə, hesabat dövründə Avropa İttifaqı Rusiyadan təxminən 16,5 milyard kubmetr LNG idxal edib. Ötən ilin eyni dövründə bu göstərici 15 milyard kubmetr olub.

Sentyabr ayında Rusiyadan Avropaya 1,1 milyard kubmetr LNG tədarük edilib. Bu, avqust ayı ilə müqayisədə 59 faiz çox, ötən ilin sentyabr ayı ilə isə eyni səviyyədədir.

Ümumilikdə, Avropanın LNG idxalı sentyabrda 10,4 milyard kubmetr təşkil edib. Yanvar-sentyabr aylarında isə Avropa İttifaqı ölkələrinin LNG alışları 5 faiz azalaraq 104 milyard kubmetrə düşüb.

Əlaqəli Xəbərlər