Menyu

Yəməndə bir gündə 500-ə yaxın husi zərərsizləşdirilib

Operativ Media
Yəməndə bir gündə 500-ə yaxın husi zərərsizləşdirilib
1 dəq oxu

Yəmən silahlı qüvvələri son 24 saat ərzində hərbi əməliyyatlar zamanı səhra komandirləri də daxil olmaqla təxminən 500 husi üzvünün zərərsizləşdirildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.

Yəmən ordusunun sözçüsü polkovnik Məcid Abdullah ən-Nazilinin sözlərinə görə, son 24 saat ərzində silahlı qüvvələr husilərin mövqelərinə, hərbi bazalarına və gücləndirilmiş qüvvələrə qarşı 1272 əməliyyat həyata keçirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar 5 oktyabrda başlayan genişmiqyaslı "Yəmən Şəfəqi" kampaniyası çərçivəsində həyata keçirilib.

Əməliyyatlar zamanı hökumət qüvvələri Husi istehkamlarına, atəş mövqelərinə, nəqliyyat vasitələrinə və təchizat xətlərinə hücum edib.

Əlaqəli Xəbərlər