Menyu

Konkur üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Operativ Media
Konkur üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb
1 dəq oxu

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bu barədə Operativ Media-ya Azərbaycan Atçılıq Federasiyasından (ARAF) bildirilib.

Qurumun təqvim planına əsasən təşkil olunacaq ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.

Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar.

Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaqlar.

Əlaqəli Xəbərlər