Menyu

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Operativ Media
İsveçrə Azərbaycandan neft tədarükünü artırıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə 193,5 milyon ABŞ dolları dəyərində 272,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 3,6 dəfə, həcm baxımından isə 3 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən 10,1 milyard dollar dəyərində 15,8 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İsveçrə 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,72 faizi bu ölkənin payına düşüb.

Əlaqəli Xəbərlər