Menyu

"Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma məbləği açıqlanıb

Operativ Media
"Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma məbləği açıqlanıb
1 dəq oxu

"Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 55 milyon avrodur.

Operativ Media xəbər verir ki, bu barədə futbolçunun agenti Vladimir Kuzmiçev ölkəsinin mətbuatına açıqlamasında deyib.

Agent hazırda Avropanın aparıcı klublarının 21 yaşlı futbolçuya marağı barədə konkret məlumatın olmadığını deyib. Onun sözlərinə görə, böyük klublar Batrakovun yeni klubunda uzunmüddətli çıxışını izlədikdən sonra qərar verəcəklər. Kuzmiçev bir neçə oyuna əsasən yekun rəyə gəlməyin düzgün olmadığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl xarici KİV-də İngiltərə Premyer Liqasının “Mançester Yunayted”, “Arsenal”, “Liverpul” və “Tottenhem” klublarının rusiyalı futbolçu ilə maraqlandığı barədə məlumatlar yayılıb.

Aleksey Batrakov 2026-cı ildə “Lokomotiv”dən “Qalatasaray”a keçib. O, cari mövsümdə Türkiyə klubunun heyətində 11 matçda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 28 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər