Menyu

Dünyada son iki ildə həlak olan jurnalistlərin sayı 20 faiz artıb

Nicat Hüseynli
Dünyada son iki ildə həlak olan jurnalistlərin sayı 20 faiz artıb
1 dəq oxu

2024–2025-ci illərdə dünyada peşə fəaliyyəti ilə əlaqədar 189 jurnalist həlak olub. Bu, əvvəlki iki illə müqayisədə 20% çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə YUNESKO-nun jurnalistlərin təhlükəsizliyinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, ölənlərin 127-si münaqişə zonalarında həyatını itirib. Onların 40%-nin dron zərbələri nəticəsində həlak olduğu vurğulanıb.

Ən çox jurnalist Fələstində (62), Meksikada (17) və Sudanda (14) öldürülüb. Ukraynadakı münaqişə isə 12 media əməkdaşının həyatına son qoyub.

YUNESKO-nun məlumatına görə, son 20 ildə 1 600 jurnalistin ölümü qeydə alınıb, bu hadisələrin yalnız 14%-i araşdırılıb.

Əlaqəli Xəbərlər