Menyu

Azərbaycanlı FIFA referisi PSJ-nin oyununa təyinat alıb

Operativ Media
Azərbaycanlı FIFA referisi PSJ-nin oyununa təyinat alıb
1 dəq oxu

Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.

Operativ Media xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının oyununu idarə edəcək.

O, İspaniyada yerli “Vilyarreal” və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq.

Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.

Xatırladaq ki, “Vilyarreal” – PSJ oyunu sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Əlaqəli Xəbərlər