Ronaldu “Əl-Nəsr”in Asiya Çempionlar Liqası matçını buraxacaq
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu Asiya Çempionlar Liqasının IV turunda “Paxtakor”la keçiriləcək səfər oyununun iştirak ərizəsinə daxil edilməyib.
Operativ Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Anqe Postekoğlu məlumat verib.
Mütəxəssis qərarını sıx oyun qrafiki və tez-tez səfərlərlə əlaqələndirib. O, komandanın aparıcı futbolçuları Kriştiano Ronaldu, Kinqsli Koman və Seko Simakana istirahət vermək qərarına gəldiyini bildirib. Bu barədə “Goal” nəşri baş məşqçinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd edək ki, 41 yaşlı Ronaldu oktyabrın 30-na keçən gecə Səudiyyə Ərəbistanı çempionatında “Əl-Xulud”la qarşılaşmada (5:3) het-trik edib. Bununla da onun karyerası ərzində vurduğu qolların sayı 985-ə çatıb.
“Paxtakor” – “Əl-Nəsr” oyunu noyabrın 2-də Daşkənddə keçiriləcək. Səudiyyə Ərəbistanı təmsilçisi iki matçdan sonra 3 xal toplayıb və Asiya Çempionlar Liqasının Qərb zonasında 9-cu pillədə qərarlaşıb.