Menyu

Paşinyan: Yeni Konstitusiya layihəsini noyabr ayında dərc edəcəyik

Operativ Media
Paşinyan: Yeni Konstitusiya layihəsini noyabr ayında dərc edəcəyik
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabr ayında ölkənin yeni Konstitusiya layihəsinin dərc olunacağını və ictimai müzakirələrə çıxarılacağını bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə Milli Məclisin daimi komitələrinin birgə iclasında “Ermənistan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

Paşinyanın sözlərinə görə, layihə dərc edildikdən sonra ictimaiyyətin təklifləri qəbul olunacaq və müzakirələr yeni Konstitusiya layihəsinin kifayət qədər ictimai müzakirə edildiyinə əmin olana qədər davam etdiriləcək.

Baş nazir qeyd edib ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsidir. Onun sözlərinə görə, bu kontekstdə müxalifət yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülhə zəmanət verib-verməyəcəyi məsələsini gündəmə gətirir.

Paşinyan bildirib ki, yaxın gələcəkdə hökumətin səyləri məhz bu suallara cavab tapmağa yönələcək. O, hakim çoxluğun bu məsələyə müsbət və inandırıcı cavab verəcəyi təqdirdə Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin referendumda yeni Konstitusiyaya səs verəcəyinə əminliyini ifadə edib.

Baş nazir əlavə edib ki, parlament müxalifəti müsbət cavablar olduğu halda yeni Konstitusiyanın qəbuluna qarşı çıxarsa, bu, onun fikrincə, müxalifətin Azərbaycanla sülhə qarşı olması kimi qiymətləndiriləcək.

Əlaqəli Xəbərlər