Menyu

Mərkəzi Asiya ölkələri Qazaxıstana 30 milyard dollardan çox sərmayə yatırıb

Operativ Media
Mərkəzi Asiya ölkələri Qazaxıstana 30 milyard dollardan çox sərmayə yatırıb
1 dəq oxu

Qazaxıstan son 20 ildə Mərkəzi Asiya ölkələrindən 30 milyard dollardan çox investisiya cəlb edib.

Operativ Media xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Serik Jumangarin Almatıda keçirilən iqtisadi forumda bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Qazaxıstanın region ölkələri ilə ticarət dövriyyəsi 14,4 faiz artaraq 8,8 milyard dollara çatıb.

Bildirilib ki, Qazaxıstanın region ölkələrinə yatırdığı investisiyaların həcmi 4 milyard dolları ötüb. Hazırda ölkədə həmin dövlətlərin kapitalının iştirakı ilə 28 mindən çox müəssisə və 2,5 mindən artıq birgə şirkət fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər