Menyu

Revmatoloji xəstəliklər zamanı əlillik hansı meyarlarla müəyyən olunur?

Ayşən Sadıxzadə
Revmatoloji xəstəliklər zamanı əlillik hansı meyarlarla müəyyən olunur?
1 dəq oxu

Revmatoloji xəstəliklər zamanı əlilliyin müəyyən edilməsi üçün bir sıra tibbi göstəricilər nəzərə alınır.

Bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov Operativ Media-nın sorğusuna cavab olaraq bildirib. 

Qeyd olunub ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, revmatoloji xəstəliklər zamanı oynaqların funksiyalarının klinik pozuntusu, oynaq dəyişikliklərinin rentgenoloji mərhələsi, iltihabi prosesin aktivliyinin klinik-laborator göstəriciləri, xəstəliyin gedişatı, kəskinləşmə tezliyi və ağırlığı nəzərə alınır.

Bununla yanaşı, daxili orqanlar sisteminin funksiyalarının pozulması da əlilliyin müəyyən edilməsində əsas göstəricilər sırasındadır.

Bildirilib ki, xəstəliyin ağırlığının patofunksional təzahür etmə dərəcəsindən asılı olaraq, orqanizm funksiyalarının pozulması faizi 31-60, 61-80 və 81-100 faiz aralığında müəyyən edilə bilər.

Əlaqəli Xəbərlər