Menyu

"Qarabağ"ın hücumçusu Ukrayna millisinə çağırılıb

Operativ Media
"Qarabağ"ın hücumçusu Ukrayna millisinə çağırılıb
1 dəq oxu

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk noyabr ayında UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlar üçün Ukrayna millisinə çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

26 yaşlı cinah oyunçusu Şimali İrlandiya (14 noyabr) və Gürcüstan (17 noyabr) yığmaları ilə qarşılaşmalar üçün açıqlanan 25 nəfərlik heyətdə yer alıb.

Bu, Kaşukun Ukrayna millisinin əsas komandasına ilk dəvətidir. O, daha əvvəl ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Futbolçu U-21 millisinin heyətində 13 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Aleksey Kaşuk cari mövsümdə “Qarabağ”ın heyətində 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər