Menyu

Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Operativ Media
Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
1 dəq oxu

Ermənistan 2029-cu ildə keçiriləcək COP34 iqlim konfransına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, namizədliyini Antalyada keçirilən COP31 sammiti çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilə təqdim edib.

Matevosyan Ermənistanın konfransın təşkili və çoxtərəfli danışıqların aparılması sahəsində təcrübəsini vurğulayaraq, COP34-ə ev sahibliyinin qlobal iqlim fəaliyyətinə töhfə vermək imkanı olduğunu qeyd edib.

Nazir həmçinin namizədlik prosesinin növbəti mərhələlərində Şərqi Avropa Qrupu ölkələri və Konvensiya Katibliyi ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Əlaqəli Xəbərlər