Menyu

Fransada əlverişsiz hava şəraiti insanların xəsarət almasına səbəb olub

Operativ Media
Fransada əlverişsiz hava şəraiti insanların xəsarət almasına səbəb olub
1 dəq oxu

Fransanın cənubunda güclü yağışlar və daşqınlar nəticəsində 23 nəfər xəsarət alıb, bir qadın itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Le Parisien" qəzeti məlumat yayıb.

Bildirilir ki, Ero departamentində Monpelye şəhəri yaxınlığındakı Moqio kommunası ərazisində itkin düşən 73 yaşlı qadının axtarışları davam etdirilir.

Oksitaniya regionunun Lünyel kommunasında isə daşqınlar nəticəsində 23 nəfər xəsarət alıb.

Nim və Qalyarq şəhərləri arasındakı A9 avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Bir sıra digər yollar da su altında qalıb.

Əlaqəli Xəbərlər