Menyu

İordaniyada kilsədə terror aktı törədən şəxslərə ölüm hökmü verilib

Operativ Media
İordaniyada kilsədə terror aktı törədən şəxslərə ölüm hökmü verilib
1 dəq oxu

İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi oktyabrın 23-də Əl-Kərək əyalətindəki pravoslav kilsəsində törədilən terror aktının üç icraçısına ölüm hökmü çıxarıb.

Operativ Media xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsləri "insanların ölümünə səbəb olan terror aktları törətmək" üzrə doqquz fakt üzrə təqsirli bilib.

Onlar həmçinin "silah və döyüş sursatından istifadə etməklə terror aktları törətmək", silahlı terror aktları törətmək məqsədilə əlbir olmaq və terror qruplaşmasının ideyalarını təbliğ etməkdə təqsirli hesab olunublar.

Məhkumlardan biri əlavə olaraq terror aktlarının maliyyələşdirilməsi üçün vəsait ayırmaqda təqsirli bilinib.

Xatırladaq ki, oktyabrın 23-də üç terrorçu Əl-Kərək əyalətinin Hammud rayonundakı Müqəddəs Georgi pravoslav kilsəsində atəş açıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, anım mərasimi zamanı törədilən hücum nəticəsində 9 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

Əlaqəli Xəbərlər