Menyu

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Operativ Media
ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib
1 dəq oxu

Təkmilləşdirilmiş F-15EX qırıcı təyyarələri Yaponiyanın cənubunda Okinava adasındakı ABŞ Hərbi Hava Qüvvələrinin Kadena bazasına yerləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Məlumata əsasən, modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə olaraq ABŞ xaricindəki hərbi bazaya yerləşdirilib.

Daha əvvəl bildirilmişdi ki, bu qırıcılardan 36-sının cəmi bir neçə il ərzində Okinavaya yerləşdirilməsi planlaşdırılır.

Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu da bəzi bombardmançı təyyarələri üstələyir.

Əlaqəli Xəbərlər