Menyu

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 27 m/s-ə çatıb

Operativ Media
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 27 m/s-ə çatıb
1 dəq oxu

Noyabrın 15-i saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən xəbərə görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.

Əlaqəli Xəbərlər