Menyu

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Operativ Media
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq
1 dəq oxu

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədindəki bütün sərhəd keçid məntəqələrini bağlamağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

O bildirib ki, Tallinn bu niyyəti barədə Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərini məlumatlandırıb.

Qeyd edək ki, Estoniyanın daxili işlər naziri İqor Taro daha əvvəl sərhədin bağlanması ilə bağlı qərarın gələn həftə keçiriləcək hökumət iclasında veriləcəyini bildirmişdi. Onun sözlərinə görə, tədbirlər müvəqqəti və ya daimi xarakter daşıya bilər.

Əlaqəli Xəbərlər