Menyu

Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır

Operativ Media
Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır
1 dəq oxu

Eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədinin əldə edilməsi məqsədi ilə sənəd qəbuluna başlanılır.

Operativ Media xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, sənəd qəbulu prosesi 18 dekabr 2026-cı ilədək müvafiq təhsili yerli idarəetmə bölməsinə ünvanlanlanmış ərizə, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, fotoşəkil, yaşayış yerindən arayış, əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti, hərbi biletin surəti, həmçinin tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın notariat qaydasında təsdiq olunmuş surətinin təqdim edilməsi ilə həyata keçirilir.

Qeyd edək ki, ekternat təhsil üzrə keçiriləcək imtahanlarda yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmayan namizədlər iştirak edə bilərlər. Eksternat təhsilalma formasının tətbiqində məqsəd müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaqdır.

Əlaqəli Xəbərlər