Menyu

İordaniya milli təhlükəsizlik səbəbindən “Telegram”ı bloklayıb

Nicat Hüseynli
İordaniya milli təhlükəsizlik səbəbindən “Telegram”ı bloklayıb
1 dəq oxu

İordaniya hakimiyyəti milli təhlükəsizlik və rəqəmsal təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək “Telegram” mesajlaşma tətbiqinin ölkədə fəaliyyətini bloklayıb.

Operativ Media xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik İdarəsi açıqlama yayıb.

Bildirilib ki, platformanın ekstremizm, kibercinayətlər, hədə-qorxu və şantaj halları üçün istifadə edildiyi bildirilib.

Qurum vətəndaşları naməlum hesablar və keçidlərlə əlaqə saxlamamağa, qanun pozuntuları barədə rəsmi kanallara məlumat verməyə çağırıb.

Əlaqəli Xəbərlər