Menyu

Əmək Məcəlləsinə dəyişiklik edilib

Operativ Media
Əmək Məcəlləsinə dəyişiklik edilib
1 dəq oxu

Küləkli hava şəraitində açıq iş yerlərində işin dayandırılması və işçilərə fasilələrin verilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev oktyabrın 30-da “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 233-cü maddəsinin adında “və isti havalar” sözləri “, isti və küləkli hava” sözləri ilə əvəz edilib. Həmçinin maddəyə küləkli havada açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə qurğularda işin dayandırılması ilə bağlı müddəa əlavə olunub.

Qanuna əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda icazə veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla görülən bütün növ işlər dayandırılacaq.

Dəyişikliklərlə Əmək Məcəlləsinin 2-ci əlavəsinin adı və müvafiq müddəaları da yenilənib. Beləliklə, işin dayandırılması və işçilərə fasilələrin verilməsi ilə bağlı tənzimləmə küləkli hava şəraitini də əhatə edəcək.

Əlaqəli Xəbərlər