Menyu

Gürcüstan Qazaxıstan və Azərbaycan Orta Dəhliz boyunca yük həcmini artırmaq üçün tədbirlər hazırlayır

Şəfa Hüseynli
Gürcüstan Qazaxıstan və Azərbaycan Orta Dəhliz boyunca yük həcmini artırmaq üçün tədbirlər hazırlayır
1 dəq oxu

Gürcüstan Qazaxıstan və Azərbaycanla birlikdə Orta Dəhliz boyunca yük həcmini artırmaq üçün tədbirlər hazırlayır.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili "İmedi" televiziyasına verdiyi müsahibədə bildirib.

Bildirilib ki, 2029-cu ilə qədər marşrutla təxminən 30 milyon ton yük daşınması planlaşdırılır.

O qeyd edib ki, Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı Qazaxıstan və Azərbaycanla sıx əməkdaşlıq edir. Yük daşımalarının artırılmasına və dəhlizin infrastrukturunun inkişafına yönəlmiş regional fəaliyyət planı artıq tərəfdaşlarla birgə hazırlanıb.

Əlaqəli Xəbərlər