Menyu

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib

Operativ Media
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib
1 dəq oxu

Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Operativ Media xəbər verir ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Fotogalereya

Əlaqəli Xəbərlər