Menyu

Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb

Operativ Media
Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb
1 dəq oxu

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Operativ Media xəbər verir ki, o, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasının supervayzeri olacaq.

Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli OFI komandası Almaniyanın “Helios” klubu ilə üz-üzə gələcəklər.

Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balandziç idarə edəcəklər.

Əlaqəli Xəbərlər