Azərbaycan Özbəkistan əlaqələrinin inkişafı və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub
MegaSec MMC-nin direktoru Qabil Qasımov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bakhrom Ashrafkhanov ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, görüşdə Özbəkistan səfirliyinin müşaviri Sandjar Makhmudov və Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının (AICA) sədri Vladimir Norov da iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan və Özbəkistan arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə strateji tərəfdaşlıq imkanlarının müzakirəsi olub.
Görüş zamanı süni intellekt, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, hər iki ölkənin texnoloji potensialından və təcrübəsindən istifadə etməklə birgə təşəbbüslərin həyata keçirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni layihələrin inkişaf etdirilməsi imkanları diqqət mərkəzində olub.
Tərəflər Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında texnoloji inkişafın yaratdığı imkanları, süni intellektin müxtəlif sahələrdə tətbiqini və bu istiqamətdə institusional əməkdaşlığın əhəmiyyətini də müzakirə ediblər.
Görüş çərçivəsində MegaSec-in texnoloji həlləri və regional əməkdaşlıq istiqamətləri üzrə təcrübəsi ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər mövcud əlaqələrin konkret layihələr və birgə təşəbbüslər vasitəsilə inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüş Azərbaycan-Özbəkistan münasibətlərinin texnoloji və innovasiya istiqamətlərində daha da inkişaf etdirilməsi, eləcə də yeni tərəfdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyıb.
MegaSec görüşdə iştirak edən qonaqlara səmərəli müzakirə və konstruktiv fikir mübadiləsinə görə təşəkkürünü bildirir.