Menyu

Azərbaycandan 9 ayda 114,7 milyon dollarlıq qənnadı məmulatları ixrac olunub

Operativ Media
Azərbaycandan 9 ayda 114,7 milyon dollarlıq qənnadı məmulatları ixrac olunub
1 dəq oxu

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 114,7 milyon ABŞ dolları dəyərində 183,3 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, həcm baxımından isə 2,7 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk doqquz ayında ölkədən dəyəri 2,88 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21,66 faiz üstələyir. Hesabat dövründə ümumi ixracda qənnadı məmulatlarının payı 3,98 faiz təşkil edib.

Əlaqəli Xəbərlər