Menyu

U20 Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək

Operativ Media
U20 Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək
1 dəq oxu

Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, yığma İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq.

Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Əlaqəli Xəbərlər