Menyu

Almaniya Norveçlə birgə Ukraynaya ABŞ silahlarının alınması üçün 300 milyon dollar ayıracaq

Şəfa Hüseynli
Almaniya Norveçlə birgə Ukraynaya ABŞ silahlarının alınması üçün 300 milyon dollar ayıracaq
1 dəq oxu

Almaniya PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində Norveçlə son birgə hərbi yardım paketinin bir hissəsi olaraq Ukrayna üçün Amerika silahlarının, o cümlədən Patriot raketlərinin alınması üçün 300 milyon dollar ayıracaq.

Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə keçirilən Aİ müdafiə nazirlərinin iclasında bildirib.

“Biz bunu Norveçlə birlikdə, xüsusən də iştirak etdiyimiz sonuncu PURL paketi vasitəsilə edirik. Bu proqram çərçivəsində biz ABŞ-dən Avropada mövcud olmayan sistemlər alırıq. Bu, Almaniyanın iştirakı ilə beşinci paketdir. Bu dəfə biz 300 milyon dollar ayırırıq”, - deyə Pistorius bildirib.

O qeyd edib ki, yeni paketin əsas diqqət mərkəzində Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, xüsusən də Patriot sistemləri üçün PAC-2 və PAC-3 idarə olunan raketlərinin tədarükü dayanır.

Əlaqəli Xəbərlər