Menyu

DSMF-nin 2027-ci il büdcəsi Milli Məclisdə ilk oxunuşda qəbul edilib

Operativ Media
DSMF-nin 2027-ci il büdcəsi Milli Məclisdə ilk oxunuşda qəbul edilib
1 dəq oxu

Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Operativ Media xəbər verir ki, qanun layihəsinə əsasən, dövlət sosial müdafiə fondunun 2027-ci il üzrə xərcləri 9 272 540 000,0 manat məbləğində proqnozlaşdırılır.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsinin gəlirləri 9 220 500 000,0 manat;

- dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 52 040 000,0 manat.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər