Menyu

Buraxılış məntəqəsində saxta sənədlər aşkar edilib

Operativ Media
Buraxılış məntəqəsində saxta sənədlər aşkar edilib
1 dəq oxu

Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin gücləndirilməsi, qanunsuz fəaliyyətlərin aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən “Mercedes” və “Renault” markalı yük nəqliyyat vasitələrinə baxış keçirilmişdir.

Yoxlama zamanı “Mercedes” markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, “Renault” markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilmişdir.

Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilmiş və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılmışdır.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər