Menyu

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

Operativ Media
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib
1 dəq oxu

Azərbaycan və Litva müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Litva Respublikasının General Yonas Jemaytis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Akademiyada təşkil olunan “Vytautas Magnus Quru Qoşunları Komandir-Qərargah kursu”nda Litva ilə yanaşı, Azərbaycan, Moldova və Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları təhsil alır.

Səfərin əsas məqsədi kurs dinləyicilərini Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırmaq, onları əməliyyatın taktiki və strateji nəticələri, eləcə də müharibədən çıxarılan hərbi dərslərlə tanış etməkdir.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyətinə institutun təhsil imkanları, zabit heyətinin hazırlanması sistemi və tətbiq olunan təhsil konsepsiyası barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edən qonaqlar Azərbaycanın hərb tarixi, Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə tanış olublar.

Qeyd edək ki, səfər ölkələrimiz arasında hərbi təhsil sahəsində təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər